• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

31 yaşlı polisin evdə meyiti TAPILDI

DÜNYA

02 Oktyabr 2024 | 18:53 | Müəllif: Subhan Mahmudov

31 yaşlı polisin evdə meyiti TAPILDI

Türkiyədə polis məmurunun meyiti tapılıb.

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, hadisə Antalya şəhərinin Serik qəsəbəsində baş verib. Polis məmuru 31 yaşlı Özkan Çakmak işə getmədiyi üçün həmkarları onun nömrəsinə zəng ediblər. Lakin o, zənglərə cavab verməyib.

Polisin evinə gedən iş yoldaşları onun yatağında hərəkətsiz yatdığını görüblər. Çağırılan təcili tibbi yardım həkimləri onun öldüyünü müəyyən ediblər.

Hazırda onun ölüm səbəbinin müəyyənləşməsi üçün araşdırma aparılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026