“Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır: “Daha bir səbəb isə mütəmadi şəkildə nazirlik tərəfindən keçirilən monitorinqlər zamanı nöqsanlara yol verdiklərinə görə əmək müqavilələrinə xitam verilməsidir”.
Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı: “Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.








jpg-1691044646.webp)

jpg-1691131795.webp)





