• Bakı 12° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

5 ildə 190 kilo arıqladı - FOTO

CƏMİYYƏT

11 Yanvar 2023 | 16:33

5 ildə 190 kilo arıqladı - FOTO

Tereza Parent adlı 44 yaşlı amerikalı qadın itirdiyi çəki ilə görənləri heyran edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ömrü boyu qeyri-sağlam pəhriz saxlayan Tereza 2001-ci ildə qardaşını, 2003-cü ildə isə anasını itirib.

Bu itkilər onu daha çox yeməyə vadar edib. Gündə 10.000 kalori yeyən T.Parent 2016-cı ildə infarkt keçirib. Həkimə getdiyi zaman 260 kilo olan Tereza, çəkisini və həyat tərzini dəyişməsə, 5 il ərzində öləcəyini öyrənib və hərəkətə keçib.

Tereza mədə kiçiltmə əməliyyatından əvvəl ciddi pəhriz və idman proqramına başlayıb. Müəyyən qədər arıqlayan Tereza sonradan əməliyyat olunub. O, bariatrik əməliyyatdan sonra "İlk dəfə özümü kiçik hiss edirəm" deyib.

Hazırda 70 kilo çəkisi olan Terezanın cərrahi macərası bununla bitməyib. Belə ki, arıqladığı üçün bədənində sallanan dəri əmələ gəlib. O, 1 milyon 100 min insanın izlədiyi videoda dəri gərmə əməliyyatına hazırlaşdığını bəyan edib.

Ay Tac


5 ildə 190 kilo arıqladı - FOTO5 ildə 190 kilo arıqladı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026