• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədəki hərbi həkimlərimiz həyat qurtarmaqda davam edir - FOTOLAR

CƏMİYYƏT

10 Fevral 2023 | 16:08

Türkiyədəki hərbi həkimlərimiz həyat qurtarmaqda davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi tibb personalımız Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə növbəti 7 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 41 nəfərə ambulator yardım göstəriblər.

Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun tibb personalı ümumilikdə 17 cərrahi əməliyyat icra edib, baş vermiş zəlzələdən zərərçəkən 134 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.


Türkiyədəki hərbi həkimlərimiz həyat qurtarmaqda davam edir - FOTOLARTürkiyədəki hərbi həkimlərimiz həyat qurtarmaqda davam edir - FOTOLARTürkiyədəki hərbi həkimlərimiz həyat qurtarmaqda davam edir - FOTOLARTürkiyədəki hərbi həkimlərimiz həyat qurtarmaqda davam edir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026