• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

600 qəbiristanlıqla bağlı tədqiqat başa çatıb - Əziz Ələkbərli

SİYASƏT

01 Noyabr 2024 | 11:39

600 qəbiristanlıqla bağlı tədqiqat başa çatıb - Əziz Ələkbərli

"Azərbaycanın suveren əraziləri Ermənistan tərəfindən 30 il işğal altında saxlananda susan ölkələr, beynəlxalq təşkilatlar bu gün boğazları cırıla-cırıla insan haqlarından, bir ovuc erməninin geriyə qayıdış hüququndan danışır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, bu günlərdə Qərbi Azərbaycan ərazisindəki 300-ə yaxın yaşayış məntəqəsinə aid 600 qəbiristanlıqla bağlı tədqiqat başa çatıb.

Ə.Ələkbərli nəzərə çatdırıb ki, bu qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib, 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilməkdədir. 

"600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır, vəssalam! Təsəvvür edin, 600 qəbiristanlıqdan cəmi 2-i! Hal-hazırda 3 qəbiristanlıq üzərində iş gedir ki, bunlar Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir".

Qeyd edib ki, Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. 

"Bütün bunlar bəşər tarixində analoqu olmayan vandalizm hərəkətidir və bunda təkcə Ermənistan günahkar deyil, həm də onu bu cinayətlərə sürükləyən, özünün Azərbaycanafob siyasətindən bu gün də əl çəkmək istəməyən dövlətlər günahkardır".

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026