Həftəsonu ABŞ-nin Missuri və Kanzas ştatlarında başlayan şiddətli soyuq hava bu gün 13 ştata təsir edib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, baş vermiş qar fırtınası səbəbindən Kanzas və Missuri ştatlarında 3 nəfər ölüb, 31 nəfər yaralanıb. Bir çox ştatda elektrik kəsintiləri və avtomobil qəzaları baş verib.
Bildirilib ki, Vaşinqtonda qarın qalınlığı 40 santimetrə çatıb, nəticədə dövlət məktəbləri və federal idarələr bağlanıb. Şəhər meri Muriel Bouzer vətəndaşları evdən çıxmamağa çağırıb.
Məlumata görə, hava şəraiti səbəbindən 1400 aviareys ləğv edilib, 350 min ev təsərrüfatı isə elektrik kəsintilərinə görə ziyan görüb.
Əli Hüseynov