• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ:  Bu ixtisasları seçsəniz...

CƏMİYYƏT

12 Avqust 2022 | 18:52

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ:  Bu ixtisasları seçsəniz...

Qəbul imtahanları başa çatıb. Artıq hər bir abituriyent qəbul imtahanında toplafığı balı bilir. Bir neçə gündən sonra ixtisas seçimi başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, abituriyentlər üçün ən vacib proses də ixtisas seçimi prosesidir. Bəzən abituriyent elə ixtisas seçir ki, tələbəlir həyatı başa çatandan sonra iş tapmaqda çətinlik çəkir. Bəs bu il abituriyentlər hansı ixtisaslara üstünlük versinlər ki, 4 ildən sonra işsiz qalmasınlar?

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, abituriyentlər internetdə 21-ci əsrin peşələri deyə bir axtarış etsələr, hansı peşələrə daha çox üstünlük veriləcəyini görəcəklər: “Hansı ixtisası seçmələrindən asılı olmayaraq, “ixtisasda nələri öyrənmək lazımdır” sualı vacibdir. Yəni, hansı ixtisası seçmələrində asılı olmayaraq, ingilis dilini bilməli, kompüter və 21-ci əsr bacarıqlarına yiyələnməlidirlər. Bütün bunlarla yanaşı yumşaq bacarıqlarıb da öyrənsələr, ixtisaslarından asılı olmayaraq işsiz qalmayacaqlar”.

Onun sözlərinə görə, ən yaxşı ixtisası belə oxusalar, dil, kompüter və 21-ci əsr bacarıqları olmasa, onların iş tapmaq məsələsi müəyyən qədər çətinləşəcək: “Abituriyentlərin insan və robotlarla əlaqədar peşələri seçmələrini tövsiyə edirəm. Bunlar kompüter elmləri, mexanika mühəndisliyi, 1-ci qrup ixtisaslarıdır. Xüsusilə, mühəndislik ixtisaslarının hamısı gələcəkdə axtarılan peşələr arasındadır. Müəyyən qədər yox olan peşələr arasında mühasibatlıq, robotların da görə biləcəyi işlər qeyd olunur. Çünki həmin sahələrdə artıq insanlar lazım olmayacaq”.

Q.Məhərrəmov bildirib ki, amma psixologiya, sosial iş, müəllimlik və s. bu kimi sahələr yenə də ehtiyac olaraq qalır: “Eyni zamanda, bazarın tələbinə uyğun, hər zaman hər yerdə işləyə biləcəkləri ixtisas seçsələr, daha yaxşı olar. Məsələn, politologiya, ya da beynəlxalq münasibətlər seçən insanlar,adətən, çox limitli yerlərdə işləyə bilir”.

Dediyinə görə, insan elə peşə seçə bilər ki, zaman və məkan məhdudiyyəti olmadan hər yerdə o peşəni istifadə edə bilər: “Məsələn, hüquqşünaslıq, tarix müəllimliyi ölkəyə özəldir, həmin ölkədə işləmək olur. Amma müxtəlif ölkələrdə, sərhədlərin simvolikləşdiyi bir dövrdə istifadə oluna biləcək diplomlar daha çox əhəmiyyət qazanır. 3-cü qrupda çox gözəl müəllimlik, tərcüməçilik, sosial iş, sosial psixoloji xidmət ixtisasları var. Bunlar çox rəğbət duyulan, ehtiyac olan peşələr arasındadır. Gələcəkdə də bu peşələrə ehtiyac olacaq. Yetər ki, bu peşə üzrə təhsil alan insanlar bu bacarıqları da əldə etsin, öz peşələrini ingilis dilində öyrənsinlər. Bakalavrı Azərbaycan dilində oxusalar belə öz peşələrinə uyğun ingiliscə ədəbiyyatlar da oxusunlar. Bu zaman onlar həm ölkəmizdə, həm də beynəlxalq arenada özlərinə yer tapa biləcəklər”.

Aytac Aslan


SON XƏBƏRLƏR

25 Aprel 2024