• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Abituriyentlərin NƏZƏRİNƏ - Tarix dəyişdi

CƏMİYYƏT

01 Iyun 2023 | 10:16

Abituriyentlərin NƏZƏRİNƏ - Tarix dəyişdi

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi iyunun 5-dən 20-dək aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 №-li Qərarına uyğun olaraq 26 iyun-2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.

Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.


SON XƏBƏRLƏR