“Bu gün mən elan etdim ki, Birləşmiş Ştatlar Rusiyanın təcavüzündən qaçan 100 minə qədər ukraynalını və başqalarını qəbul edəcək".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden özünün "Twitter" hesabında yazıb.
"Biz ailələri yenidən birləşdirməyə və zərərçəkənlərə sığınacaq verməyə diqqət yetiririk”, - deyə Ağ Evibn sahibinin paylaşımında qeyd edilir.
















