Avropa Birliyi Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təşviqinə sadiqdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-Avropa Birliyi sammitinin birgə bəyanatında bildirilib.
"Biz Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında davamlı sülhün təşviqinə sadiq qalırıq", - bəyanatda qeyd olunub.
















