• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ Azərbaycana hərbi və digər yardımların dayandırıldığını AÇIQLADI

SİYASƏT

15 Noyabr 2023 | 19:40 | Müəllif: Subhan Mahmudov

ABŞ Azərbaycana hərbi və digər yardımların dayandırıldığını AÇIQLADI

Birləşmiş Ştatlar Azərbaycana hərbi və digər yardımları dayandırdı, bəzi yüksək səviyyəli səfərləri ləğv etdi və Vaşinqton Bakıya Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlərin normallaşmayacağına işarə etdi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib

"Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanda heç bir şey normal olmayacaq. Buna görə də biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik. Biz vəziyyətin həqiqi yaxşılaşmasını görənə qədər yardımın sonrakı ayrılması şərtlərindən imtina barədə bildiriş təqdim etməyi gözləyirik”, - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026