• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ bu peyvənddən imtina etdi - SƏBƏB

DÜNYA

06 May 2022 | 08:51 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ bu peyvənddən imtina etdi - SƏBƏB

ABŞ-da “Johnson & Johnson” (J&J) şirkətinin koronavirusa qarşı peyvəndindən istifadə məhdudlaşdırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, buna səs kimi istifadədən sonra bəzi insanlarda qan laxtalanması riskinin artması göstərilir.

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti yanında Qida və Dərman İdarəsi tərəfindən yayılan məlumata görə, tənzimləyici orqan bu birkomponentli peyvənd üçün təsdiqlənmiş mətni təcili olaraq dəyişdirib. Yeni təlimatlara əsasən vaksin seçimi zamanı vətəndaşa bu peyvəddən istifadəyə icazə verilməyəcək.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) qeydlərinə görə, ölkədə indiyədək 18,7 milyon insana “J&J” COVID-19 peyvəndi vurulub.

Peyvənd ABŞ-da 2021-ci ilin fevral ayının sonlarında qeydiyyata alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026