• Bakı 9° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ-da avtomobil yarışında qəza baş verdi

DÜNYA

24 Oktyabr 2021 | 13:37

ABŞ-da avtomobil yarışında qəza baş verdi

ABŞ-ın Texas ştatının Kurvil şəhərində keçirilən avtomobil yarışında qəza olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polis feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, hadisə draq-reysinq yarışı zamanı (düz tras üzrə akselerasiya yarışı - red.) baş verib.

Avtomobillərdən biri idarəetmədən çıxaraq yarışın keçirildiyi yerli hava limanının uçuş-enmə zolağını tərk edib və dayanmış avtomobillərə çırpılaraq tamaşaçıları yerə yıxıb.

Qəza nəticəsində 2 nəfər ölüb, daha 8 insan xəsarət alıb. Ölənlərin hər ikisi azyaşlıdır. Dörd nəfər ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.

Polis qəzanın səbəblərini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026