Mayın 22-də Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğu və Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi Türk Evinə lomla hücum edən Rəcəb Akbıyık hakim qarşısına çıxarılıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, R.Akbıyık soyğuna cəhd, terror cinayəti, cinayət törətmək məqsədilə silah saxlama, terrorla hədələmə, cinayətə görə zərər vurma və hədələmədə ittiham olunur. Məhkəmənin Akbıyık barəsində “şərti imtahan” qərarı çıxararaq, Türk Evi və ona bağlı şirkətlərə hər hansı şəkildə yaxınlaşmasını qadağan edib.
İş üzrə növbəti məhkəmə iclası iyulun 25-nə təyin edilib.
Murad Məmmədli