ABŞ Ukraynaya 1,1 milyard dollarlıq hərbi yardım edəcək.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karina Cean-Piyer bəyan edib.
Onun sözlərinə görə, hərbi yardıma silah və avadanlıqlar, eyni zamanda, “HIMARS” çoxbarrelli reaktiv yaylım atəşi sistemləri daxildir.
"Paketə yüzlərlə zirehli texnika, radar və pilotsuz uçan aparat sistemləri də daxildir", - deyə Karina Cean-Piyer gündəlik mətbuat brifinqində əlavə edib.
Nuranə Daxilqızı




jpg-1667023415.webp)











