Ukrayna qadınları və ölkədən hərbi xidmətə getmiş vətəndaşları daha fəal şəkildə cəlb etməlidir.
Bakıvaxtı.az xarici mətbuara istinadla xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı, istefada olan general-leytenant Ben Hodces deyib.
"ProUA' yutub kanalına müsahibə verən təqaüddə olan hərbçinin sözlərinə görə, Ukraynada kifayət qədər insan olduğu halda hakimiyyət orqanları yaxşı səfərbərlik kampaniyası aparmır: “Düşünürəm ki, gənc qadınların səfərbərliyə cəlb olunması Ukrayna hökuməti üçün prioritet olmalıdır. Əksər Qərb ordularında qadınlar orduya cəlb olunurlar".
General-leytenant hesab edir ki, Kiyev Ukraynanı tərk etmiş kişilərin ekstradisiyasını tələb edə bilər. Onun sözlərinə görə, Almaniya , Polşa və Rumıniyada hərbi yaşda olan on minlərlə ukraynalı gənc var.
"Düşünürəm ki, hökumət bu istiqamətdə addım atmalıdır”, - deyə Ben Hodces bildirib.
Günəş Mərd
















