• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

ABŞ-ın UNO PLANI: "Xüsusi hərbi hissələr göndəriləcək"

DÜNYA

28 Noyabr 2023 | 23:15

ABŞ-ın UNO PLANI: Xüsusi hərbi hissələr göndəriləcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi ofisi bir neçə onilliklərdir ki, bütün dünyada uçan naməlum obyektləri (UNO) axtarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə noyabrın 28-də bir sıra anonim mənbələrə istinadla "Daily Mail" yazır.

Britaniya nəşrinin həmsöhbəti qeyd edib ki, Amerika kəşfiyyatı kamuflyaj edilmiş UNO-ları tanımağa qadir olan müəyyən sistemə malikdir.

Mənbə iddia edir ki, qeyri-adi gəmi öz istəyi ilə yerə enərsə, qəzaya uğrayarsa və ya Yerdən vurularsa, onu yoxlamaq üçün xüsusi hərbi hissələr göndəriləcək.

Mənbələrdən biri bildirib ki, belə fəaliyyət nəticəsində MKİ ən azı doqquz nəqliyyat vasitəsi və ya yerdənkənar mənşəli təyyarə əldə edib. Onlardan ikisi zədələnməyib.

Bundan əvvəl Pentaqon hazırkı və keçmiş hərbi qulluqçuların, eləcə də hökumət rəsmilərinin UNO-larla bağlı iddia edilən ABŞ proqramları haqqında məlumat paylaşa biləcəkləri yeni formanın istifadəyə verildiyini elan etmişdi. Bu məlumat agentliyin 2024-cü ilin iyun ayına qədər Konqresə təqdim edəcəyi hesabatı hazırlamaq üçün istifadə olunacaq./publika.az


SON XƏBƏRLƏR

26 Iyul 2024