"SpaceX" şirkətinin "Falcon" 9 raketi bazar ertəsi ABŞ-nin NROL-69 kəşfiyyat gəmisini uğurla orbitə çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi bildirib.
Məlumata əsasən, peyklə birlikdə raket Şərq sahili vaxtı ilə saat 13:48-də Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələrinin bazasındakı 40-sı start kompleksindən buraxılıb. Təxminən saat yarımdan sonra kosmik gəmi təyin olunmuş orbitə buraxılıb.