• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ Konqresmenindən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

DÜNYA

27 Fevral 2021 | 16:03

ABŞ Konqresmenindən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

ABŞ-ın Illinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bəyanatda qeyd edilib ki, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində  faciə baş verib. 366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvbələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib: “29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirlimiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.

O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur dləyirəm".

Qeyd edək ki, Kam Bukner 26-cı dairədən  İllinoys Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvüdür.

Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026