Gürcüstan Müdafiə Naziri Cuanşer Burçuladze bazar ertəsi günü Tbilisidə səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Qara dəniz bölgəsi və Cənubi Qafqazdakı təhlükəsizliklə bağlı məsələlər, hərbi sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Gürcüstanla yanaşı, Filippe Rikur Azərbaycana və Ermənistana səfər edəcək.










_village%2C_Kəlbəcər_(Kelbadzhar)_district%2C_Karabakh%2C_Azerbaijanjpg-1625642243.webp)





