ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə olan münasibəti Moskvanın Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda mövqeyini gücləndirə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzetində dərc edilən məqalədə qeyd edilib.
Məqalə müəlliflərinin fikrincə, hazırda münaqişənin həlli ilə bağlı siqnallar Trampın problemi necə həll edəcəyi barədə dəqiq fikir yaratmır. Lakin ABŞ-ın seçilmiş prezidentinin Vladimir Putinə uzun müddətdir bəslədiyi simpatiya və Ukraynaya qarşı mənfi münasibəti göstərir ki, hər hansı bir razılaşma daha çox Moskvanın xeyrinə ola bilər.
Bundan əvvəl The Washington Post qəzeti yazıb ki, Donald Trampın seçki kampaniyası zamanı Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağına dair verdiyi vəd həqiqətə uyğun olmayıb. Nəşr qeyd edib ki, Ukrayna böhranı Tramp üçün “çoxlu çətinliklər” yaradacaq, çünki o, münaqişənin həlli prosesinə sıfırdan başlamağa məcbur olacaq.
Nuriyyə Musayeva