ABŞ səfirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı verib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib:
“Azərbaycanın 27 Sentyabr - Anım Günündə Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı veririk. Səfirliyimiz bu gün münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək".
Paylaşımda o da vurğulanlr ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir.
Nərgiz Məmmədli
















