• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərdi

CƏMİYYƏT

11 Fevral 2022 | 10:47

ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərdi

ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: “Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur”.

Eyni zamanda hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə dəstək göstərəcəyinə razılıq verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026