• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ və İranın İsveçrə görüşü təxirə salındı

DÜNYA

19 Iyun 2026 | 08:28 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ və İranın İsveçrə görüşü təxirə salındı

Vaşinqton və Tehran hələlik İsveçrədə ikitərəfli anlaşma memorandumu imzalamaq və texniki danışıqlara başlamaq planlarını yekunlaşdırmayıblar.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Vitse-prezidenti Cey Di Vensin rəsmi sözçüsü bu barədə iyunun 18-də jurnalistlərə məlumat verib.

"Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik dəqiqləşdirilməyib və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların təşkilati hissəsi heç vaxt sadə və proqnozlaşdırıla bilən olmayıb", - deyə məlumatda qeyd olunub.

Bəyanatda bildirilib ki, vitse-prezident Cey Di Vensin cümə günü ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb. Onun nümayəndəsi qeyd edib ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağı gözləyir./"Report" 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026