• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

DÜNYA

26 Yanvar 2022 | 21:40 | Müəllif: Subhan Mahmudov

ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

ABŞ-ın Ukraynadakı səfirliyi Amerika vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, səfirliyin yaydığı bəyanatda deyilir: 

"Rusiyanın artan hərbi əməliyyat riskini nəzərə alaraq Ukraynada təhlükəsizlik vəziyyəti gözlənilməz olaraq qalır və onun qəfil daha da pisləşməsi riski var. ABŞ-ın Ukraynadakı səfirliyi ABŞ vətəndaşlarını kommersiya nəqliyyatından və ya başqa seçimlərdən istifadə edərək Ukraynanı dərhal tərk etməyi düşünməyə çağırır".
Çərşənbə günü ABŞ dövlət katibinin müavini Uendi Şerman bildirib ki, Rusiya fevralın ortalarında Ukraynaya hücum edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026