• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Ukrayna ilə danışıqlar üçün nümayəndə heyəti yaratdı

DÜNYA

25 Fevral 2022 | 20:39

Rusiya Ukrayna ilə danışıqlar üçün nümayəndə heyəti yaratdı

“Rusiya Ukrayna ilə danışıqlara razılıq verərək, artıq Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti yaradıb”.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Bundan əvvəl Volodimir Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bildirib. Bundan sonra Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və onun administrasiyasının nümayəndələrini Ukrayna nümayəndə heyəti ilə danışıqlara göndərməyi mümkün hesab edib. Görüşün Minskdə təşkil olunması təklif olunub.

“Rusiya tərəfi dərhal prezidentin tapşırığı ilə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti yaradıb. Bütün bu məlumatlar ukraynalıların diqqətinə çatdırılıb”, - Peskov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026