• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neftin həcmi açıqlanıb

İQTİSADİYYAT

11 Iyul 2024 | 11:29

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neftin həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2024-cü il tarixinədək 639,6 milyon tona yaxın neft (kondensatla birlikdə), 445,9 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, AÇG-dən 593 milyon ton neft, 222,9 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə təqribən 223 milyard kubmetr qaz, 46,6 milyon tona yaxın kondensat hasil edilib.

    “Bu yataqlardan indiyə kimi təqribən 637,6 milyon ton neft (kondensatla birlikdə), 158,8 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib”, - məlumatda qeyd olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026