• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Afrikada koronavirusdan ölüm sayı kəskin artıb

DÜNYA

29 Dekabr 2021 | 20:00 | Müəllif: Subhan Mahmudov

Afrikada koronavirusdan ölüm sayı kəskin artıb

Dekabrın 20-26-da Afrikada koronavirus xəstələri arasında ölüm sayı 72 faiz artaraq 44,6 minə çatıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bütövlükdə dünya boyu sözügedən göstərici 4 faiz azalıb. Bununla belə, koronavirisdan ölənlərin sayı Şimali və Cənubi Amerikada 7 faiz, Cənub-Şərqi Asiyada da 9 faiz artıb.

Eyni dövrdə koronavirusa 5 milyona yaxın yoluxma qeydə alınıb ki, bu da 11 faizlik artım deməkdir. O cümlədən Şimali və Cənubi Amerikada yoluxma sayı 39 faiz, Afrikada 7 faiz artsa da, qalan regionlarda azalıb, yaxud əvvəlki səviyyədə qalıb.

Xatırladaq ki, pandemiya dövründə dünyada 282,2 milyondan artıq insan koronavirusa yoluxub ki, bunların 5,4 milyondan çoxu dünyasını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026