• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ağdam və Laçın yolu açılır: Ermənilər buna ümid etməsin!

SİYASƏT

17 Sentyabr 2023 | 22:10 | Müəllif: Subhan Mahmudov

Ağdam və Laçın yolu açılır: Ermənilər buna ümid etməsin!

Ağdam-Xankəndi yolunun açılması Laçın yolundan istənilən yüklərin daşınması anlamına gəlməməlidir. Hər iki yoldan çatdırılması planlaşdırılan və bizə aid olmayan yüklərin gömrük və laborator yoxlanışı həyata keçirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 18 sentyabrdan Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarının açılması ilə bağlı bildirib.

Politoloq qeyd edib ki, təzyiq davam etməlidir:

“Qarabağ ermənilərinə Ermənistanın pul vahidinin və yanacağın keçirilməsinə icazə verilməməlidir. Bu ikisi olmadan erməni separatçıları işğal altındakı bölgəni idarə edə bilməyəcəklər. Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər təbii qaz və elektrik problemlərinin həll olunacağına da ümid etməməlidirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026