• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dünyanın bütün dillərində “Xankəndi” sözü yazıldı

SİYASƏT

17 Oktyabr 2023 | 16:28 | Müəllif: Qalib İbrahimoğlu

Dünyanın bütün dillərində “Xankəndi” sözü yazıldı

“Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevdən  sonra Xankədidə olan yeganə liderdir. Mərhum Heydər Əliyevin qurub-tikdiyi Xankəndidəki bina önündə xalqa qalibiyyət raportu vermək ancaq İlham Əliyev kimi qalib liderin qisməti ola bilərdi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaltmaqla ölkənin tarixini dəyişdi:  “Prezident Əliyev Xankəndidə sərkərdə kimi oldu. Hərbi mündirlə qalib sərkərdəni öz qarşısında görən xalq qələbə sevincinə doymur”.

Müsahibimiz qeyd edib ki, dünyanın bütün dillərində “Xankəndi” sözü yazıldı, 30 ilin, bəlkə son 70 ilin siyasi ədəbiyyatına, ideologiyasına pərçimlənmiş “Stepanakert” adı əbədi dəfn edildi: “Bu, artıq söz hadisəsi deyil, siyasi, ideoloji, diplomatik, psixoloji olaydır”.

Ə.Əlibəyli bildirib ki, Xankəndi prosesi erməni lobbisinin ilk məğlubiyyətinin yekun nəticəsidir: “Bu günə qədər dünyanın maliyyə dövriyyəsinə nəzarət edən, qara dövriyyədə milyardlarla payları olan böyük və şəbəkələşmiş bir korporasiyanın tənəzzülü idi”.

“Xankəndidə prezident “Böyük Ermənistan” adlı xəritədə ifşa etdi ki, onların xəstə ideologiyaları bütün qonşu ölkələrin ərazilərinə göz dikməkdən ibarət imiş”, - deyə Əziz Əlibəyli əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026