• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ağdamda 15 yaşlı qız itkin düşüb - FOTO

CƏMİYYƏT

22 Iyun 2023 | 15:15 | Müəllif: Qalib İbrahimoğlu

Ağdamda 15 yaşlı qız itkin düşüb - FOTO

Ağdamda 15 yaşlı qız itkin düşüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Elvira Həsrətli iyun ayının 10-da yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb. Onun tapılması ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

    E.Həsrətlinin əlamətləri belədir: 160 sm boyu, 60-65 kq çəkisi, qara və qismən uzun saçları var. Əynində qara köynək və şalvar, ağ rəngli idman ayaqqabısı olub.

    Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkəzinə, eləcə də Ağdam Rayon Polis Şöbəsinin (026)325-02-02 və 050-443-24-76 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR