• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ağdamda qaçırılan məktəbli qız ailəyə qaytarılıb - YENİLƏNİB

CƏMİYYƏT

22 Dekabr 2021 | 12:19 | Müəllif: Qalib İbrahimoğlu

Ağdamda qaçırılan məktəbli qız ailəyə qaytarılıb - YENİLƏNİB

"Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb".

Bakıvaxtı.az xəbər verir ki. bu barədə "Report"a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Ağdam Uşaq və ailələrə dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək: "Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, ona psixoloji dəstək göstəriləcək".

***

10:40

Ağdamda məktəbli qız qaçırılıb.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.

Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M məktəbdən qayıdarkən qaçırılıb.

İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.

Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026