• Bakı 20° C

    10.7 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Ağstafada bələdiyyə sədrinə cinayət işi başlandı

HADİSƏ

31 Yanvar 2023 | 14:36

Ağstafada bələdiyyə sədrinə cinayət işi başlandı

Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Ağstafa rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


SON XƏBƏRLƏR

22 Aprel 2024