• Bakı 22° C

    5.14 m/s

Ağsuda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

CƏMİYYƏT

26 Avqust 2022 | 16:20 | Müəllif: Subhan Mahmudov

Ağsuda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO

Ağsu rayonunun İlxıçı kəndində yerləşən şəhid Müşviq Musayev adına orta məktəbin binası qəzalı vəziyyətdədir. Burada şagirdlərin həyatı üçün  təhlükə var.

Məktəbin qapı-pəncərələri qırıq-qırıq, tavanı və döşəməsi isə yararsız vəziyyətdədir.

Bakıvaxtı.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,1969-ci ildə inşa olunmuş məktəb binası 3 korpusdan ibarətdir.

Binanın bir hissəsinin dam örtüyü olmadığından yağan yağış birbaşa sinif otaqlarına tökülür.

Məktəb rəhbərliyi və valideynlərin sözlərinə görə, belə şəraitdə dərs keçmək olduqca çətindir. İstilik sisteminin olmaması isə qışda vəziyyəti daha da çətinləşdirir. Qarlı -şaxtalı havalarda uşaqların sağlamlığı ciddi təhlükə altına düşür.

Məsələ ilə bağlı Ağsu rayon Təhsil şöbəsindən bildirilib ki, məktəbin tədris prosesi üçün yararsız vəziyyətdə olması ilə bağlı Elm və Təhsil Nazirliyinə məlumat verilib.

''İlxıçı kənd tam orta məktəbinin yerində yenisinin tikilməsi dövlət proqamına salınıb. Tikinti işlərinə gələn il başlanacağı gözlənilir. Yeni təhsil müəssisəsinin 2024-cü ildə istifadəyə veriləcəyi planlaşdırılır'', - deyə məlumatda qeyd edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026