• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ağsunun  kəndləri qaranlığa qərq oldu - SƏBƏB

CƏMİYYƏT

26 Dekabr 2021 | 19:04 | Müəllif: Qalib İbrahimoğlu

Ağsunun kəndləri qaranlığa qərq oldu - SƏBƏB

Ağsu rayonunda avtomobilin elektrik dirəyinə çırpılması 7 kəndi işıqsız qoyub.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, Şamaxı sakini, 30 yaşlı sürücü Əzimov Dərgah Hüseyn oğlu Ağsu-Şamaxı yolunda “VAZ 21011” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü D.Əzimov müxtəlif dərəcəli ağır xəsarətlərlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı elektrik dirəyi aşıb, nəticədə yeddi - Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndləri işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026