• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dəm qazı qurbanı olmamaq üçün NƏ EDƏK?

CƏMİYYƏT

25 Yanvar 2022 | 16:16 | Müəllif: Qalib İbrahimoğlu

Dəm qazı qurbanı olmamaq üçün NƏ EDƏK?

Son zamanlar dəm qazından zəhərlənmələr artıb. Dəm qazının qurbanı olmamaq üçün nə etməliyik?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Bakıvaxtı.az-a bildirib ki, dəm qazının qurbanına çevrilməmək üçün qaz təchizatı ilə bağlı təhlükəsizlik qaydalarını bir daha nəzərdən keçirmək lazımdır: “Ümumiyyətlə, qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarına ciddi yanaşmaq vacidbir. Birinci növbədə, evlərdə standartlara cavab verməyən qaz sobalarından mütləq qurtulmaq lazımdır. Hamam otaqlarından qaz təchizatını çölə çıxarmaq lazımdır. Əgər bunun üçün şərait yoxdursa, hamamda nəfəsliyin, qapının aşağısında dəliklərin olmasına diqqət yetirmək mütləqdir”.

Ekspert vurğulayıb ki, evlərdə mütləq dedektorlar qoyulmalıdır: “Evdə dəm qazı olan kimi dedektorun funksiyası avtomatik olaraq işə düşür və qazın təchizatını dayandırır. Bu, evdə yaşayan insanların həyatını sığortalamaq deməkdir. Kütləvi İnformasiya Vasitələrində də bu qədər maarifləndirmə aparılır, yaxşı olar ki, bununla bağlı vətəndaşlar da diqqətli yanaşsınlar. Öz həyatlarına belə biganə yanaşmasınlar”.

N.Nurəliyev onu da qeyd edib ki, tüstü bacası olan evlərdə mütləq tüstü bacalarını təmizlətdirmək lazımdır. Onun sözlərinə görə, təmizlik işi ildə iki dəfə edilməlidir6 “Ən azından, payız-qış mövsümü başlamamışdan qabaq tüstü bacaları mütləq bir dəfə təmizlənməlidir.  Əgər təhlükəsizlik qaydalarına riyaət olunarsa, dəm qazının qurbanına çevrilməkdən sığortalanmaq olar. “Mən neçə illərdi bu sobanı istifadə edirəm, heç nə olmaz” kimi fikirləşmək yanləşdır. “Ceyran peçi”, “pitiminutka” kimi qaz cihazlarından mütləq qurtulmaq lazımdır. Nə qədər ki, evdə bu qaz cihazları var, o qədər də təhlükə olacaq”.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026