• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda bina çökdü - Xəsarət alanlar var - FOTO (YENİLƏNİB)

CƏMİYYƏT

24 Fevral 2022 | 13:53 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda bina çökdü - Xəsarət alanlar var - FOTO (YENİLƏNİB)

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə Baş Prokurorluğa məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan apa-nın sorğusuna cavab olaraq bildirilib. Xəbərə görə, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, hadisə barədə onlara məlumat daxil olmayıb.

*** 13:06

Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə "City Garden" layihəsinin inşa olunan binalarından birində baş verib.

Dağıntı altında qalanların olduğu ehtimal edilir.


Bakıda bina çökdü - Xəsarət alanlar var - FOTO (YENİLƏNİB)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026