• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Aİ Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatdır

SİYASƏT

12 Yanvar 2022 | 11:52

Aİ Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatdır

Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında “qaynar xət”dən tam istifadə edilməsi vacibdir”, - Toivo Klaar qeyd edib.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026