• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Aİ-nin ticarət profisiti açıqlanıb

DÜNYA

27 Avqust 2024 | 08:53 | Müəllif: Əli Hüseynov

Aİ-nin ticarət profisiti açıqlanıb

2024-cü ilin ikinci rübündə Aİ-nin ticarət profisiti 40,4 milyard avro təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kommersant" Avropa Statistik Bürosuna (Eurostat) istinadən məlumat yayıb.

Belə ki, aprel-iyun aylarında Aİ-nin ixracı 650,7 milyard avro, idxalı isə 610,3 milyard avro olub.

Avropa ticarətində müsbət saldo ardıcıl dördüncü rübdür ki, qalıb. Agentlik qeyd edir ki, əslində bu, Rusiya-Ukrayna müharibəsinin yaratdığı təsirlərin aradan qaldırılmasından xəbər verir.

Qeyd olunur ki, Rusiya ilə əlaqələrin kəsilməsindən sonra Avropa ticarətində bir ildən artıq müddət ərzində kəsir qeydə alınıb və 2022-ci ilin üçüncü rübündə pik həddi 155 milyard avro təşkil edib.

Bununla yanaşı, Rusiyanın yerini digər ticarət tərəfdaşları fəal şəkildə tutub, əvvəllər oraya göndərilən məhsullar indi digər ölkələrə tədarük olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026