• Bakı 24° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Ailə məhkəmələrinin yaradılması təklif edilir

Gündəm

17 Aprel 2024 | 12:42

Ailə məhkəmələrinin yaradılması təklif edilir

Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasının artıq vaxtı çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə Ailə, Qadın və Uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

    O bildirib ki, bu gün ailə məsələlərindən danışanda ən narahedici məsələ boşanmaların artmasıdır:

    "Son bir neçə ildə boşanma əmsalı 1,6-dan 2-yə çatıb, bu bizi narahat edir. Ailə daxili münasibətlərdə psixoloji məqamların rolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətlə yanaşmalıyıq. Ailə psixoloqu institutunun yaradılması ilə yanaşı ailə məhkəmələrinin yaradılması çox vacibdir. Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə orada psixoloqların, sosial işçilərin, hüquqşünasların birgə ailələrə dəstək göstərməsi, ailə çəkişmələrinin təsirlərinin azaldılması, eyni zamanda, ailələrin bərpasına böyük dəstəyi olacaq".


    SON XƏBƏRLƏR

    29 Aprel 2024