• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aksiyanın 93-cü günü: Tələblər və şüarlar dəyişməzdir

SİYASƏT

14 Mart 2023 | 08:28 | Müəllif: Qalib İbrahimoğlu

Aksiyanın 93-cü günü: Tələblər və şüarlar dəyişməzdir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 93-cü günüdür. 

Aksiya gecə saatlarında da davam etdirilib. İştirakçılar həmişə olduğu kimi, bu gün də səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən aksiya işrirakçılarının şüarları da dəyişməz olaraq qalır. Aksiyada "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirilir.

Qeyd edək ki, Laçın-Xankəndi yolu aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026