• Bakı 21° C

    5.28 m/s

Albaniya Türkiyədən PUA alacaq

DÜNYA

02 Iyul 2021 | 09:50

Albaniya Türkiyədən PUA alacaq

Albaniya parlamenti Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarını (PUA) almaq üçün ölkənin Müdafiə Nazirliyinin büdcəsinə əlavə 8 milyon avro vəsait ayrılmasını təsdiqləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, Albaniyanın Türkiyədən PUA alması barədə razılaşma bu ölkənin Baş naziri Edi Ramanın ötən ay Ankaraya səfəri zamanı əldə olunub.

Baş nazir Edi Rama bu razılaşma ilə bağlı fikirlərini belə ifadə edib ki, Albaniya hökuməti Türkiyə PUA-ları ilə yolları, sahil zolaqlarını, meşələri, ictimai asayişin mühafizəsini gücləndirmək niyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026