Avropa Şurasının baş katibi vəzifəsinə namizəd - Alen Berse Ukraynanın paytaxtı Kiyevə gəlib.
Bakıvaxtı.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsveçrənin Ukraynadakı səfirliyi məlumat yayıb.
“İsveçrənin sabiq Prezidenti və Avropa Şurasının baş katibi vəzifəsinə namizəd olan Alen Berse Kiyevə gəlib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, səfər zamanı Ukraynaya müharibədə məsuliyyətin və ədalətin təmin olunmasında dəstəyin göstərilməsi məsələsi müzakirə olunacaq.


jpg-1708416187.jpg)













