Almaniya artıq Ukraynaya 22 milyard avro yardım edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib.
Onun sözlərinə görə, bu məbləğin 12 milyardı hərbi dəstəyə xərclənib.
Lindner Kiyevdə ukraynalı həmkarı Sergey Marçenko ilə birgə mətbuat konfransında qeyd edib: "Ukrayna Almaniyanın dünya ictimaiyyəti ilə birlikdə Ukraynaya dəstək verəcəyinə ümid etməkdə davam edə bilər. Biz artıq Ukrayna üçün 22 milyard avro məbləğində vəsait tapmışıq. Bu, böyük məbləğdir".
Lindner eyni zamanda qeyd edib ki, Almaniya hökuməti Ukraynaya gələcək dəstək barədə artıq qərar verib. İndi o, Almaniya parlamenti tərəfindən təsdiqlənməlidir.
















