Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının sabah keçiriləcəyi dəqiqləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-ya AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib. Onun sözlərinə görə, iclasın gündəliyinə yalnız kadr məsələsi daxil edilib.
Qeyd edək ki, AMEA-nın Nizamnaməsinə əsasən, Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Buna görə də dünən AMEA-nın yaydığı rəsmi məlumatda bildirilmişdi ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək və bundan sonra iclasın gündəliyi məlum olacaq.
















