• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ana və 2 yaşlı oğlu dəm qazından boğuldu

HADİSƏ

25 Noyabr 2021 | 17:24 | Müəllif: Subhan Mahmudov

Ana və 2 yaşlı oğlu dəm qazından boğuldu

Bərdədə bədbəxt hadisə baş verib. Gənc ana və 2 yaşlı oğlu dəm qazından boğularaq həyatını itirib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bərdə rayonunun mərkəzində, çoxmənzilli yaşayış binasında qeydə alınıb.

Yevlax rayon sakini, 26 yaşlı Ayşən Eldəniz qızı Yusifova və övladı 2019-cu il təvvəlüdlü Tunar Vüsal oğlu Əliyev yaşadıqları evdə dəm qazından boğularaq, həyatlarını itriblər. Şahidlərin sözlərinə görə hadisədən saatlar sonra xəbər tutulduğundan faciənin qarşısını almaq mümkün olmayıb.

Hazırda hər iki şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026