• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Anar Kərimov 2 şöbəyə müdir və özünə müşavir təyin etdi - SİYAHI

CƏMİYYƏT

11 Yanvar 2022 | 16:21

Anar Kərimov 2 şöbəyə müdir və özünə müşavir təyin etdi - SİYAHI

Mədəniyyət Nazirliyində yeni yaradılan Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinə və Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinə yeni müdirlər təyin edilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrlərə əsasən, Ramil Abbəkirov Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin, Vüqar Məmmədov isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə gətirilib.

A.Kərimov digər əmrlə Fuad Məmmədovu özünə müşavir təyin edib.

Qeyd edək ki, hazırda mədəniyyət nazirinin iki müşaviri var. A.Kərimovun digər müşaviri Vüqar Şahinzadədir.

Xatırladaq ki, F.Məmmədovdan əvvəl bu vəzifəni hazırda nazirin birinci müavini olan Elnur Əliyev tuturdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026