• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Andrey Paliyin Ukraynada öldürüldüyü təsdiqləndi

DÜNYA

20 Mart 2022 | 23:44 | Müəllif: Subhan Mahmudov

Andrey Paliyin Ukraynada öldürüldüyü təsdiqləndi

Qara dəniz donanmasının komandan müavini, Rusiyanın 1-ci dərəcəli kapitanı Andrey Paliy Ukraynada öldürülüb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Sevastopolun senatoru Yekaterina Altabayeva təsdiqləyib. O bildirib ki, A. Paliy Mariupolda gedən ağır döyüşlər zamanı öldürülüb.

Qeyd edək ki, Andrey Paliy Rusiya Dəniz Donanmasının tanınmış hərbçilərindən olub. O, Rusiyanın 2008-ci ildə Gürcüstanda apardığı müharibədə də iştirak edib. 

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri A. Paliyin öldürülməsi haqda məlumat yaysa da, Rusiya tərəfi xəbəri təsdiqləməmişdi. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR