Antalyadakı məscidlərin birində insanlar ilan şoku yaşayıb.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Muratpaşa rayonunun Bahçelievler məhəlləsində yerləşən Hacı Səid məscidində qeydə alınıb.
Belə ki, məscidin dəstəmaz alınan hissəsində görünən 1,5 metrlik qara ilan hər kəsi heyrətə gətirib. Hərəkətsiz dayanan ilanı oyuncaq zənn edən camaat, onun tərpəndiyini gördükdə dərhal xilasedicilərə xəbər verib.
Yanğınsöndürmə və xilasetmə qrupları ilanı tutmaq üçün əməliyyata başlayıb. İlk olaraq su paylayıcısının arxasındakı mühərrik hissəsinə gizlənən ilan, xilasedicilərin xüsusi qarmaqla çoxsaylı tutma cəhdlərinə baxmayaraq, su axıdan boruya qaçmağı bacarıb. İlanın yenidən çıxa biləcəyi bütün boşluqlar və boru girişləri bağlandıqdan sonra məscid camaatı və rəhbərlik rahat nəfəs alıb.
Lumu Zülfüqarova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



