• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Aparıcının sözləri Əli Mirəliyevi ÖZÜNDƏN ÇIXARTDI: Arvadımla qalmıram...

MƏDƏNİYYƏT-ŞOU

27 May 2024 | 12:40

Aparıcının sözləri Əli Mirəliyevi ÖZÜNDƏN ÇIXARTDI: Arvadımla qalmıram...

Müğənni Əli Mirəliyev bu dəfə teleaparıcı Anar Vaqifoğlu ilə dalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, “Xeyirli axşamlar” verilişində qonaq olan ifaçı aparıcının sözlərinə əsəbləşib.

Belə ki, Anar Vaqifoğlu Əli Mirəliyevin qızının evində qaldığını bildirməsi müğənnini cin atına mindirib.

O, hər gün Mərdəkandakı evinə getdiyini və orada yaşadığını bildirib:

“Mən heç kimdə qalmıram. Gecə saat 12 olsa belə, Mərdəkandakı evimə gedirəm. Həyat yoldaşımla qalmıram, ona pul verirəm, deyirəm, “məndən əl çək”. Mən paltarlarımı özüm yuyub, özüm də ütüləyirəm. Mən təmizkaram. Siz nə danışırsınız? Mən uşaqlıqdan “İnternat”da böyümüşəm. 7 yaşımdan orada yaşamışam”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024